Peru millisi Mundiala bu heyətlə yollanır

DÇ-2018-də iştirak edəcək Peru millisinin yekun heyəti müəyyənləşib. SportLine.az xəbər verir ki, baş məşqçi Rikardo Qareka "23-lüy"ə bu futbolçuları daxil edib:

Qapıçılar: Pedro Qalyese (“Verakrus”, Meksika), Karlos Kaseda (“Deportivo Munisipal”), Xose Karvalyo (“UT de Kaxamarka”)

Müdafiəçilər: Luis Advinkula (“Lobos”, Meksika), Aldo Korso (“Universitario Deportes”), Migel Trauko (“Flamenqo”, Braziliya), Kristian Ramos (“Verakrus”, Meksika), Alberto Rodriges (“Sportinq Kristal”), Migel Arauxo (“Alyansa Lima”), Nilson Layola (“Melqar”), Anderson Santamariya (“Puebla”, Meksika)

Yarımmüdafiəçilər: Pedro Akino (“Lobos”, Meksika), Vilder Kartaxena (“Verakrus”, Meksika), Kristian Kueva (“San Paulu”, Puebla), Edison Flores (“Olborq”, Danimarka), Paolo Urtado (“Vitoriya Gimaraeş”, Portuqaliya), Renaro Tapiya (“Feyenord”, Hollandiya), Yosimar Yotun (“Orlando Siti”, ABŞ)

Hücumçu: Paolo Gerrero (“Flamenqo”, Braziliya), Endi Polo (“Portlend Timbers”, ABŞ), Andre Karrilyo (“Uotford”, İngiltərə), Raul Ruidias (“Moreliya”, Meksika), Cefferson Farfan (“Lokomotiv”, Rusiya)

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. C qrupunda yer alan Peru millisi iyunun 16-da Saranskda Danimarka, 21-də Yekaterinburqda Fransa, 26-da isə Soçidə Avstraliya yığması ilə qarşılaşacaq.