Peşəkar Futbol Liqası "turun oyunçusu"nu açıqladı
Azərbaycan Premyer Liqasında VI turun ən yaxşı oyunçusu müəyyənləşib.
SportLine.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, "Qarabağ"ın yarımmüdafiəçi Miçeldir. O, turun rəmzi "11-liy"inə ikinci dəfə düşüb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının VI turunda səfərdə "Sabah"ı 2:0 hesabı ilə üstələdikləri matçda Ağdam klubunun ilk qolunun müəllifi olub.