PFL 3-cü turun rəmzi komandasını açıqladı

Topaz Premyer Liqasında 3-cüturun rəmzi komandası açıqlanıb.

SportLine.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, "InStat Sport"un təhlili əsasında hazırlanan 11-lik aşağıdakı kimidir:

Qapıçı: Şahrudin Məhəmmədəliyev ("Qarabağ")

Müdafiəçilər: Ansi Aqolli ("Qarabağ"), Rahil Məmmədov ("Qarabağ"), Denis Silva ("Keşlə"), Novruz Məmmədov ("Sabah")

Yarımmüdafiəçilər: Elşən Abdullayev ("Sabah"), Simeon Slavçev ("Qarabağ"), Filip Ozobiç ("Qarabağ"), Kevin Kubemba ("Səbail")

Hücumçular: Marko Deviç ("Sabah"), Kvame Karikari ("Neftçi").