"Ən yaxşı" Slavçevdir

“İnStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 10-cu turunun ən yaxşı futbolçusu məlum olub. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu, “Qarabağ”ın futbolçusu Simoen Slavçevdir. “Sumqayıt”a qarşı keçirilən oyunda 90 dəqiqə meydançada olan Slavçev özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb. Araşdırmalara əsasən Simoen Slavçev  turun ən yüksək indeksə malik olan futbolçusudur.