PFL turun "ən yaxşı" futbolçusunu açıqladı

Topaz Premyer Liqada 14-cü turun ən yaxşı futbolçusu məlum olub.

SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “InStat”ın təhlilinə əsasən, bu, “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintanadır. 

“Zirə”yə qarşı görüşdə (6:0) 60 dəqiqə meydanda olan ispan futbolçu het-trik edib. Araşdırmalara əsasən, Dani turun ən yaxşı indeksə malik futbolçusudur.