Pike: "Dəfələrlə polisə düşmüşəm"

"Barselona"nın futbolçusu Jerar Pike "Mançester Yunayted"də çıxış etdiyi dövr haqqında danışıb.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi həmin vaxtlarda tez-tez polis şöbəsinə aparıldığını bildirib: "Mançesterdə çox xuliqanlıq etmişəm. Dəfələrlə polis şöbəsinə düşmüşəm. Bunlardan danışmasam, daha yaxşıdır. O vaxt gənc idim. Ağlım başımda deyildi"

Qeyd edək ki, C.Jike 2004-2008-ci illərdə "qırmızı şeytanlar"ın formasını geyinib.