Poçettino, Alleqri, yoxsa Arteta?

“Arsenal” baş məşqçisi Unai Emeri ilə yollarını ayıra bilər.

Sportline.az xəbər verir ki, ispan mütəxəssisin yerinə üç namizəd müəyyənləşib. Bunlar Maurisio Poçettino, Massimiliano Alleqri və Mikel Artetadır.

Poçettino və Alleqri hazırda işsizdir, Arteta isə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın köməkçisidir.

“Arsenal” Premyer Liqada 18 xalla 8-ci sırada qərarlaşıb.