Pol Poqba Mourinyo ilə bir klubda olmaq istəmir
Pol Poqbanın "Mançester Yunayted"i tərk edəcəyi ilə bağlı xəbərlər yenidən gündəmə gəlib. SportLineaz "Sun"a istinadən xəbər verir ki, fransalı futbolçu Joze Mourinyo ilə bir klubda olmaq istəmir.
Məlumata görə, cari mövsümün sonunda portuqaliyalı mütəxəssis klubu tərk etməsə, yarımmüdafiəçi "qırmızı şeytanlar"la vidalaşacaq.
Qeyd edək ki, P.Poqba "Yuventus"dan "Mançester Yunayted"ə keçib.