Pol Poqba seçim qarşısındadır

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba seçim qarşısındadır.

Sportline.az xəbər verir ki, fransalı futbolçunu heyətə qatmaq istəyənlərin sırasında "Yuventus" da qoşulub.

Əvvəllər bu komandanın formasını geyinən futbolçunun, yenidən Turinə qayıtmağın əleyhinə olmadığı bildirilir.

Amma, İspaniya mətbuatı, Poqbanın "Real" variantına üstünlük verəcəyi haqda məlumatlar yaymaqdadır. 

Qeyd edək ki, "Mançester Yunayted"lə müqaviləni uzatmaqdan imtina edən fransalının, mövsümün sonunda komandasını dəyişəcəyi gözlənilir.