Pol Skoulza ağır ittiham: Mərc oyunlarında iştirak edib

İngiltərə Futbol Federasiyası Pol Skoulza mərc oyunlarda iştirak etməsi ilə bağlı ittiham irəli sürüb.

Sportline.az xəbər verir ki, federasiyanın açıqlamasında "Mançester Yunayted"in əfsanəvi futbolçusunun 17 avqust 2015-ci il tarixindən 12 yanvar 2019-cu il tarixinədək 140 futbol matçına mərc oynadığı bildirilib.

Futbolla vidalaşdıqdan sonra İngiltərənin aşağı liqasında "Oldem Atletik"ə 31 gün baş məşqçilik edən Skoulz eyni zamanda "Solford Siti" komandasının 10 faizlik hissəsinin sahibidir. Onun 26 aprel tarixinədək etiraz etmək haqqı var. Veteran futbolçunun cəzası qərar açıqlandıqdan sonra bilinəcək.