Poltava küçələrində "Vorskla" - "Qarabağ" oyununun afişası
UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində keçiriləcək "Vorskla" - "Qarabağ"matçına maraq böyükdür. SportLine.az saytının Poltavaya ezam olunmuş müxbirinin məlumatına görə, şəhər küçələri oyunun afişaları ilə bəzədilib.
Matçı 15 minə yazın azarkeşin canlı izləyəcəyi gözlənilir.
Qeyd edək ki, "Vorskla" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.