Ponomaryovun vidası

Müvəqqəti olaraq "Sabah"ın baş məşqçi səlahiyyətlərini icra etmiş İqor Ponomaryov bu gün səhər məşqindən öncə futbolçularla görüşüb.

Sportline.az xəbər verir ki, “Sabah”ın Müşahidə Şurasının üzvü olan təcrübəli mütəxəssis futbolçulara və yeni baş məşqçiyə uğurlar arzulayıb.

Qeyd edək ki, İqor Ponomaryov bu ilin sentyabrından “Sabah”a müvəqqəti baş məşqçi təyin edilib. Komanda onun rəhbərliyi altında keçirdiyi 7 oyunda 11 xal toplayıb (3 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət).