Ponomoryov üçün köməkçi məşqçi

“Sabah”da yeni məşqçi təyinatı rəsmiləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, gənc mütəxəssis Ramin Quliyev İqor Ponomaryovun köməkçisi vəzifəsinə təyin olunub.

“Pro” kateqoriyasına malik 38 yaşlı məşqçinin son iş yeri Azərbaycanın U-17 millisi olub.