Poqba millidən kənarda qaldı

AVRO-2020-nin seçmə mərhələsində Albaniya və Andorra ilə qarşılaşacaq Fransa millisi ciddi itki ilə üzləşib.

Sportline.az Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Pol Poqba zədələnib. Bu səbəbdən “Mançester Yunayted”in yarımmüdafiəçisi heyətdən çıxarılıb. 

Onun əvəzinə “Arsenal”dan Matteo Gunduzi seçməyə dəvət olunub.

Qeyd edək ki, Fransa millisi sentyabrın 7-də Albaniya, 10-da isə Andorra ilə qarşılaşacaq.