Poqbanın əvəzinə, Kosta

Pol Poqbanın "Yuventus"a qayıtması ilə bağlı söhbətlər səngimək bilmir. SportLine.az xəbər verir ki, Turin təmsilçisi futbolçu ilə razılıq əldə edib.

"Tuttosport"un məlumatına görə, Fransa millisinin üzvü yay transfer pəncərəsində komandaya qoşula bilər. Futbolçunun məxsus olduğu "Mançester Yunayted" yarımmüdafiəçinin keçidinə qarşı deyil. Amma "qırmızı şeytanlar"ın bir istəyi var. Onlar Poqbanın əvəzinə təklif olunan məbləğə əlavə olaraq Duqlas Kostanı da "Yuventus"dan istəyirlər.

Tərəflər arasında razılıq əldə olunsa, Kosta "Mançester Yunayted"ə, Poqba isə "Yuventus"a keçəcək.

Qeyd edək ki, Pol Poqba 2012-2016-cı illərdə də İtaliya klubunun şərəfini qoruyub.