"Portu" bu qələbə ilə vahid lider oldu

Portuqaliyada çempionluq mübarizəsi davam edir.

Sportline.az xəbər verir ki, doğma meydanda “Santa Klara” komandasını qəbul edən “Portu” ilk dəqiqələrdən üstünlüyə yiyələnib. Meydan sahiblərinin ardıcıl hücumları 18-ci dəqiqədə nəticə verib. Musa Mareqa topu rəqib qapısından keçirib.

Fasiləyə minimal hesablı qələbə ilə yollanan Serxio Konseysaonun komandası ikinci hissədə də qapısını toxunulmaz saxlayıb. Qələbə qazanan “Portu” 75 xalla vahid liderdir. Ondan bir oyun az keçirən “Benfika” isə 72 xalla yarış cədvəlinin ikincisidir.

“Portu” 1:0 “Santa Klara”
Qol:
 Musa Mareqa, 18.