Portuqaliya Avropa çempionu oldu
Finlandiyada keçirilən 19 yaşadək futbolçuların Avropa çempionatına yekun vurulub. SportLine.az xəbər verir ki, həlledici görüşdə İtaliya və Portuqaliya milliləri üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 2:2.
Əlavə vaxtda isə komandalar daha üç qol vurublar. Bunlardan 2-i Pireney təmsilçisinin aktivinə yazılıb.
Beləliklə, ümumi nəticədə 4:3 hesablı qələbə qazanan Portuqaliya futbolçuları Avropa çempionu adına yiyələniblər.