Portuqaliyalı müdafiəçi üçün 100 milyon avro

“Benfika” futbolçusu Ruben Diasın müqavilə müddətini artırıb.

Sportline.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə 2024-cü ilə qədər yeni sözləşmə imzalanıb. Diasın müqaviləsinə 100 milyon avroluq sərbəst qalma maddəsi əlavə olunub.

Müdafiəçi bu mövsüm “Benfika”da 18 oyuna çıxıb. Klubun yetirməsi olan Dias Portuqaliya millisinin üzvüdür.