Azərbaycanlı hakim Portuqaliya - Norveç oyununa təyinat aldı

Azərbaycanlı hakim Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində təyinat aldığı ilk oyun açıqlanıb.

SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisinin köməkçisi "B" qrupunun Portuqaliya - Norveç oyununda yan xətt hakimi funksiyasını icra edəcək. Qarşılaşmanın baş hakimi isə hollandiyalı Denis Hiqler olacaq.

Qeyd edək ki, Portuqaliya - Norveç matçı mayın 4-ü, Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.