Portuqaliyada çıxış edən futbolçu "Şahdağ"da

Region Liqasında çıxış edən "Şahdağ" klubu heyətini gücləndirib. SportLine.az xəbər verir ki, bu barədə yarışın rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Qusar klubu Portuqaliya çempionatının II Liqasının B Divizionunda çıxış edən "Louletano" klubunun şərəfini qoruyan Valeh Seyidovla razılığa gəlib.

Qeyd edək ki, "Şahdağ" Şimal və Bakı zonasında 19 xalla 3-cü pillədə qərarlaşıb.