Portuqaliyada son tur qələbə ilə başladı

Portuqaliya çempionatında 2018/2019-cu illər mövsümü yekunlaşmaq üzrədir.

Sportline.az xəbər verir ki, artıq son turun oyunları keçirilir.

34-cü turda "Belenenseş" "Nasional"ı qəbul edib. Oyuna meydan sahibləri daha fəal başlayıblar. İlk hissədə “Belenenseş” komandasının paraqvaylı futbolçusu Kikas hesabı açıb.

Fasiləyə minimal hesablı qələbə ilə yollanan Lissabon klubu ikinci hissədə də qapısını toxunulmaz saxlayıb. 47-ci dəqiqədə fərq daha da artıb. Braziliyalı Kleylton qonaqları ikinci dəfə mərkəzə dəvət edib - 2:0. 79-cu dəqiqədə hesab 3:0 olub. Bu dəfə Andre Santuş yerli azarkeşləri sevindirib.

3 cavabsız qolla qalib gələn “Belenenseş” mövsümü 43 xalla 7-ci pillədə başa vurub. 17-ci yerdə qərarlaşan “Nasional” komandasının Premyer Liqada qalmayacağı ötən turda dəqiqləşmişdi.