Premyer Liqa klubunda yeni hücumçu

İngiltərənin aşağı dəstəsindən Premyer Liqaya yüksələn “Aston Villa” klubu heyətini gücləndirib.

Sportline.az xəbər verir ki, komanda rəhbərliyi braziliyalı hücumçu Vesli Moraesi transfer edib. Bu keçid üçün İngiltərə klubu 25 milyon avro xərcləyib. Qeyd edək ki, 22 yaşlı futbolçu 2016-cı ildən “Brügge” komandasında mübarizə aparırdı. O, Belçika klubunda 107 oyunda 32 qol vurub.