Renat Dadaşov Premyer Liqa klubunda

Millimizin hücumçusu Renat Dadaşovun İngiltərənin  "Vulverhempton" klubuna transfer olunduğu iddia edilib.

Spotline.az xəbər evrir ki, bu barədə Britaniyanın "BirminghamLive" saytı məlumat yayıb. 20 yaşlı hücumçu ilə  müqavilə imzalandığı vurğulanıb. Müqavilənin detalları barədə məlumat verilməyib.

Bildirilir ki, İngiltərə Premyer Liqası təmsilçisi  "Eştoril"dən transfer etdiyi R. Dadaşovu daha sonra derhal  Portuqaliyanın digər klubu "Pasuş de Ferreyra"ya icarəyə verib.

Qeyd edək ki, Renat Dadaşov ötən il  "Ayntraxt"dan "Eştoril"ə transfer olunmuşdu.

Xatırladaq ki, R. Dadaşov bu il ilk dəfə əsas millimizə çağırılıb.