Premyer Liqada 22-ci turun afişası müəyyənləşdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turunun oyun cədvəli müəyyənləşib.

SportLine.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, tur iki günü əhatə edəcək. 

30 mart (şənbə)

16:00. “Zirə” – “Səbail”

Zirə İdman Kompleksinin stadionu

18:30. “Keşlə” – “Neftçi”

“ASK Arena”

1 aprel (bazar ertəsi)

14:00. “Qəbələ” – “Sabah”

Qəbəl şəhər stadionu

18:30. “Sumqayıt” – “Qarabağ”

“Kapital Bank Arena”