Premyer Liqada 22-ci turun hakim təyinatları açıqlandı

Topaz Premyer Liqasında XXII turun təyinatları müəyyənləşib. SportLine.az xəbər verir ki, martın 30-da və aprelin 1-də baş tutacaq görüşləri idarə edəcək referilər açıqlanıb.

FİFA referisi Əliyar Ağayev paytaxt derbisində "Keşlə" ilə "Neftçi"nin oyununu idarə edəcək. Həmçinin Rauf Cabarov, Vüqar Həsənli və Rəvan Həmzəzadə də bu tur iş başında olacaq.

Topaz Premyer Liqası
XXII tur

30 mart (şənbə)

16:00. “Zirə” – “Səbail”

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu

18:30. “Keşlə” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
“ASK Arena”

1 aprel (bazar ertəsi)

14:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Nail Nağıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu

18:30. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Kapital Bank Arena”