Premyer Liqada daha bir istefa

İngiltərənin "Everton" klubu baş məşqçi Marko Silva ilə yolları ayırıb. 

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komandanın Premyer Liqanın XV turunda "Liverpul"a 2:5 hesabı ilə uduzması və 18-ci pilləyə düşməsindən sonra bu qərar verilib.

"Çelsi" ilə görüşə komandanı Dunkan Ferqyuson hazırlayacaq.