Premyer Liqada inqilabi qərar
İngiltərə Premyer Liqasında qış fasiləsinin olacağı təstiqlənib.
SportLine.az "Guardian"a istinadən xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının baş icraçı direktoru Martin Qlenn məlumat verib.
Onun sözlərinə görə, 2019/2020 mövsümündən etibarən qış fasiləsinin elan olunması ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, bunadək İngiltərə Premyer Liqasında mövsüm ərzində fasilə olmurdu.