Premyer Liqadan Bundesliqaya

Bu yay “Arsenal”dan ayrılan Stefan Lixtştaynerin yeni  klubu məlum olub.

Sportline.az xəbər verir ki, 35 yaşlı müdafiəçi Almaniyanın “Auqsburq” klubuna keçib. Bundesliqa təmsilçisinin rəsmi saytı isveçrəli futbolçu ilə 1 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, karyerası ərzində “Latsio”, “Yuventus” və “Arsenal” kimi klublarda çıxış edən Lixtştayner, “Auqsburq”a azad agent kimi keçib.