Premyer Liqadan Çempionşipə

“Çelsi” gənc futboçusu Konor Qallagerlə yeni müqavilə imzalayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə sözləşmənin müddəti 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

London təmsilçisi gənc oyunçu ilə müqavilənin müddətini uzatdıqdan sonra onu icarəyə göndərib. Qallager qarşıdakı mövsümü Çempionşip təmsilçisi “Çarlton”da keçirəcək.