Premyer Liqamızın sponsoru kim olacaq?

Futbol üzrə Azərbaycan Premyer Liqasına hələ də, sponsor tapılmayıb.

Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev, məsələ ilə bağlı, Sportline.az saytına açıqlamasında deyib ki: "Bildiyiniz kimi, çempionatın sponsoru üçün tender elan etmişik. Tender sentyabrın 6-da bitib. Bəzi yerli və xarici şirkətlərdən maraqlananlar olub. Sponsorluq üçün təklif paketini həmin şirkətlərə göndərmişik. Bütün detallar müzakirə olunduqdan sonra, əsas, maliyyə məsələlərində razılığa gəlsək, müqavilə imzalanacaq və ictimaiyyətə məlumat veriləcək. Əks təqdirdə, ölkə çempionatına Azərbaycan Premyer Liqası adı altında davam edəcəyik”.