"Proqres" - "Qəbələ" matçının başlanma saatı məlum oldu
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Proqres" - "Qəbələ" görüşünün başlanma saatı açıqlanıb. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüş iyulun 19-u, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Qarşılaşma “Munisipial de Differdanj” stadionunda təşkil olunacaq.
Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 12-də Qəbələ Şəhər Stadionunda olacaq. Oyun saat 20:00-da start götürəcək.