"Proqres" - "Qəbələ" matçının hakim təyinatları açıqlandı

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Proqres" - "Qəbələ" görüşünün hakimləri müəyyənləşib. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, matç Şimali İrlandiyadan olan briqadaya həvalə olunub.

Oyunun baş hakimi Kit Kennedi, köməkçi hakimləri Stefan Donaldson və Kristian Frensis Hanna, dördüncü hakimi isə Evan Boys olacaq.

İyulun 19-a planlaşdırılan qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:30-da səslənəcək.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş "Proqres"in qələbəsi ilə yekunlaşıb - 2:0.