Prosineçki "Qarabağ"ın düşərgəsində
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın qonağı olub.
SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hazırda Bosniya və Herseqovina yığmasına rəhbərlik edən xorvatiyalı mütəxəssis Azərbaycan təmsilçisinin düşərgəsinə qapıçı İbrahim Şehiçlə birgə baş çəkib. Onlar Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov, kapitan Rəşad Sadıqov və digər futbolçularla çay masası arxasında səmimi söhbət ediblər.
Qeyd edək ki, İbrahim Şehiç "Qarabağ"ı mayın sonlarında tərk edib. Hələlik bosniyalı qapıçının yeni klubu müəyyənləşməyib.