Prosineçkidən millimizə qayıdışı ilə bağlı açılama

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçlə yollarını ayıran AFFA yeni çalışdırıcı axtarışını davam etdirir.

Sportline.az xəbər verir ki, assosiasiya rəhbərliyinin gündəmindəki ilk mütəxəssis yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçkidi.

Yenicə Bosniya və Herseqovina millisindən istefa verən xorvatiyalı məşqçinin ölkəmizə dönmək ehtimalı yüksək dəyərləndirilir. Prosineçki özü də buna münasibət bildirib.

50 yaşlı mütəxəssis qısa açıqlamasında qayıdacağını istisna etməyib: "Hər şey mümkündü, görəcəyik! Azərbaycan millisində daha böyük nəticələr əldə etmək üçün hər cür şərait var".

Qeyd edək ki, Robert Prosineçki Bosniya və Herseqovinadan əvvəl 2014-2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib. Onun başçılığı altında seçmə mərhələdə 10 xal toplayan komandamız üçün bu, rekorddur. (matç.az)