PSJ Bulkanı aldı

PSJ heyətinə yeni futbolçu qatıb.

Sportline.az xəbər verir ki, Paris təmsilçisi "Çelsi"dən ayrılan qapıçı Marçin Bulkanı transfer edib. 19 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2016-cı ildən "Çelsi"də çıxış edən polşalı qolkiper əsas komandada oyun keçirməyib. O, London klubunun gənclər komandasında forma geyinib. Ümumilikdə 31 oyun keçirən Bulka 42 qol buraxıb. O, 8 görüşdə isə qapısını toxunulmaz saxlayıb.