PSJ ulduz futbolçu üçün hərəkətə keçdi

Fransa çempionu PSJ David de Heyanın transferini reallaşdırmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, parislilər artıq bu məqsədlə hərəkətə keçiblər.

Klubun idman direktoru Entero Enrike son həftələr ərzində bununla bağlı bir sıra görüşlər keçirib. Paris United-in yaydığı xəbərlərdə transferin mövsümün sonunda həyata keçiriləcəyi bildirilir.

Qeyd edək ki, 28 yaşlı qapıçının, 2020-ci ilə qədər "Mançester Yunayted"lə müqaviləsi var.