PSJ-dən "Ayntraxt"a

PSJ qapıçıs Kevin Trappı birdəfəlik satıb.

Sportline.az xəbər verir ki, o, ötən mövsüm icarə əsasında çıxış etdiyi "Ayntraxt"a transfer olunub.  29 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb.

Fransa mətbuatı PSJ-nin bu transferdən 7 milyon avro qazandığını yazıb.

Qeyd edək ki, Trapp ötən mövsüm Bundesliqada 33 matçda 47 qol buraxıb.