PSJ-dən çətin qələbə

PSJ Fransa Liqasında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, Paris klubu 13-cü turda səfərdə "Brest"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

"Brest" - PSJ - 1:2
Qollar: Di Mariya, 39 (0:1), Qrandsir, 72 (1:1), İkardo, 85 (1:2)

Bu qələbə ilə xalını 30-a yüksəldən komanda turnir cədvəlinin ilk pilləsindəki yerini möhkləmlədib. "Anje" 20 xalla (12 oyundan) 2-ci, "Bordo" 19 xalla 3-cüdür.