PSJ-dən "Leypsiq"ə transfer

Almaniya Bundesliqasında mübarizə aparan "Leypsiq" yeni transfer edib.

Sportline.az xəbər verir ki, PSJ-nin sabiq futbolçusu Kristofer Nkunku artıq "Leypsiq"də mübarizə aparacaq.

Almaniya klubu 21 yaşlı yarımmüdafiəçi üçün 13+2 milyon avro xərcləyib. 5 illik müqavilə imzalayan Nkunku yeni klubunda 18 nömrəli forma ilə iştirak edəcək.

Qeyd edək ki, "Pari Sen-Jermen"in heyətində 77 görüşə çıxan futbolçu 11 qolla yadda qalıb.