PSJ-dən Pol Poqba üçün "Mançester Yunayted"ə təklif

PSJ "Mançester Yunayted"in futbolçusu Pol Poqbaya elçi düşüb. SportLine.az "Sun"a istinadən xəbər verir ki, Paris klubu futbolçunun keçidi üçün "qırmızı şeytanlar"a ilk rəsmi təklifi də ünvanlayıb.

Təklifin məbləği açıqlanmasa da, PSJ-nin yarımmüdafiəçiyə görə pulla yanaşı, Marko Verattini də təklif etdiyi bildirilir.

Qeyd edək ki, P.Poqba 2016-cı ildə "Yuventus"dan "Mançester Yunayted"ə keçib.