"Mançester Yunayted" və "Roma" 1/4 finalda

UEFA Çempionlar Liqasında 1/8 final həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə 1/4 finalın daha iki iştirakçısı müəyyənləşib.

Diqqətlər, əsasən, Parisə yönəlib. Burada PSJ "Mançester Yunayted"i qəbul edib. İngiltərədə 2:0 hesablı qələbəyə sevinən Fransa klubu üstünlüyü doğma azarkeşlər önündə qoruya bilməyib. "Qırmızı şeytanlar" əsas vaxta əlavə edilən dəqiqələrdə Markus Reşfordun vurduğu qol "Mançester Yunayted"i növbəti mərhələyə daşıyıb.

Digər görüşdə isə "Porto" "Roma" ilə görüşdə vəziyyəti xeyrinə dəyişməyə nail olub.

Beləliklə, "Ayaks" və "Tottenhem"in ardından, "Mançester Yunayted" və "Porto" da 1/4 finala vəsiqə qazanıb.

07 mart 2019
Çempionlar Liqası
1/8 final (cavab oyunları)

PSJ (Fransa) - "Mançester Yunayted" (İngiltərə) - 1:3
QOLLAR:
Romelu Lukaku, 2 (0:1); Xuan Bernat, 12 (1:1); Romelu Lukaku, 30 (1:2); Markus Reşford, 90+4/p. (1:3)
Baş hakim: Damir Skomina (Sloveniya)
"Park de Prens", Paris

"Porto" (Portuqaliya) - "Roma" (İtaliya) - 3:1 (əlavə vaxtda)
QOLLAR:
Tikunyo Soares, 26 (1:0); Daniele De Rossi, 37/p. (1:1); Mussa Mareqa, 52 (2:1); Aleks Telyeş, 117/p. (3:1)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
"Draqao", Porto