PSJ Neymar və Mbappenin zədəsi ilə bağlı məlumat yaydı

PSJ klubu Neymar və Mbappenin son vəziyyəti ilə bağlı məlumat yayıb. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, məlumatda hər iki futbolçunun milli komandada zədələndiyi bildirilib.

Neymarın sağ qasıq nayihəsində gərilmə olub. Mbappe isə sağ çiynindən xəsarət alıb.

Futbolçuların son vəziyyətinə 48 saat ərzində həyata keçiriləcək növbəti müayinədən sonra tam aydınlıq gələcək.

Qeyd edək ki, PSJ qarşıdakı günlərdə Fransa I Liqasında "Tuluza", Çempionlar Liqasında isə "Liverpul"la qarşılaşacaq.