PSJ Neymarın əməliyyatına icazə verdi

PSJ Neymarın zədəsinə görə əməliyyat edilməsinə icazə verib.

SportLine.az "Marca"ya istinadən xəbər verir ki, Fransa I Liqasında "Marsel"ə qarşı oyunda zədələnən braziliyalının ayağında sınıq aşkarlanmışdı. Paris klubu isə Neymarı Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində "Real"a keçiriləcək görüşdə meydanda görmək istəyirdi. 

Həkimlərin müdaxiləsi ilə klub rəhbərliyini fikrindən daşındırmaq mümkün olub. 

Məlumata görə, hücumçu bu həftə ayağından əməliyyat olunacaq. Onun 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.