"PSJ"-nin yeni mövsümlə bağlı planı

Fransa çempionu “Pari Sen Jermen” gələn mövsümə yeni baş məşqçi ilə başlamağı planlaşdırır.

Sportline.az xəbər verir ki, Fransa mətbuatı parislilərin "Yuventus"un çalışdırıcısı Massimiliano Allegri ilə danışıq apardığını yazıb.

Xəbərdə qeyd edilir ki, 51 yaşlı mütəxəssis mövsümün sonunda "Yuventus"u tərk edəcək. Tomas Tuxeldən narazı olan PSJ rəhbərliyi isə bu fürsəti qaçırmaq niyyətində deyil. Allegrinin özünün də Parisə yollanmağa razı olduğu bildirilir.

Qeyd edək ki, 51 yaşlı mütəxəssis 2014-cü ildən "Yuventus"un sükanı arxasındadır. Turin klubu onun rəhbərliyi ilə ardıcıl 5 mövsümdür İtaliya çempionu adını qazanır.