"Real" və "Liverpul" 1/4 finalda

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşləri start götürür. 

SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Azarkeşlərin diqqəti, əsasən, Parisə yönələcək. "Stad de Frans" arenasında PSJ və "Real" növbəti mərhələyə vəsiqə qazanacaq komandanın kimliyinə aydınlıq gətirəcək. İlk görüşdə qələbə qazanan Madrid təmsilçisi 1/4 finala daha yaxın olsa da, Fransa klubunun mərhələ adlamaq üçün dəridən-qabıqdan çıxacağı dəqiqdir. 

Digər dueldə isə "Liverpul" səfərdə 5 cavabsız qolla qalib gəldiyi "Porto"nu sınağa çəkəcək.


06 mart 2018
Çempionlar Liqası
1/8 final (cavab oyunları)

PSJ - "Real" (Madrid) - 1:2
QOL:
Kriştianu Ronaldu, 51 (0:1); Edinson Kavani, 71 (1:1); Kazemiro, 80 (1:2)
QIRMIZI VƏRƏQƏ: Marko Veratti, 66 (PSJ)
Baş hakim: Feliks Brix
Köməkçi hakimlər: Mark Borş, Ştefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits
Dördüncü hakim: Markuş Heyker (Hamısı Almaniya)

"Liverpul" - "Porto" - 0:0
Baş hakim:
 Feliks Zvayer
Köməkçi hakimlər: Torsten Şiffner, Marko Axmüller
Əlavə köməkçi hakimlər: Daniel Zibert, Saşa Steqemann
Dördüncü hakim: Rafael Foltin (Hamısı Almaniya)