PSJ Villiana "elçi düşdü"

PSJ heyətini gücləndirmək niyyətindədir. SportLine.az xəbər verir ki, Fransa klubu "Çelsi"nin yarımmüdafiəçisi Villianın xidmətində maraqlıdır.

"Mail"in məlumatına görə, Neymarın zədələnməsindən sonra heyətdəki boşluğu doldurmaq istəyən Paris təmsilçisi 30 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir. 

Yaxın günlərdə PSJ-nin "Çelsi" ilə danışıqlara başlayacağı bildirilib.