PSJ-yə Mbappe və Kavani şoku

PSJ-nin iki hücumçusu – Kilian Mbappe və Edinson Kavani sırdan çıxıblar.

Sportline.az xəbər verir ki, parislilərin dünən Fransa liqasının ücüncü turunda “Tuluza”ya 4:0 hesabı ilə qalib gəldiyi oyunun 14-cü dəqiqəsində Kavani,  66-cı dəqiqəsində isə Mbappe zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıblar.

Onların yaşıl meydana nə vaxt dönəcəyi bu gün tibbi müayinədən keçdikdən sonra bilinəcək.