PSV "Ayaks"a çatdı

Hollandiyada çempionluq mübarizəsi davam edir. 

Sportline.az xəbər verir ki, Hollandiya çempionatının 32-ci turunda çempionluğa iddialı PSV Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan “Villem”in qonağı olub.

Eyndhoven komandası görüşə daha fəal başlayıb. 31-ci dəqiqədə qonaqlardan Doniel Malen hesabı açıb. Çox keçmədən fərq 2-ə yüksəlib. Mixal Sadilek meydan sahiblərini mərkəzə dəvət edib.

İkinci hissədə də təzyiqi azaltmayan PSV 65-ci dəqiqədə son qolunu vurub. Bu dəfə Stiven Berqveyn fərqlənib. 3:0 hesablı qələbəyə sevinən PSV hesabındakı xalların sayını 80-ə yüksəldərək “Ayaks”a çatıb. Eyndhoven komandası əlavə göstəricilərə görə liderdən geri qalır.