PSV-də pasport qalmaqalı

PSV-nin yarımmüdafiəçisi Bruma komandası ilə Qətərə təlim-məşq toplanışına gedə bilməyib.

Sportline.az Niderland mətbuatına istinadən xəbər verir ki, futbolçunun pasportunun vaxtının bitməsi səbəbindən o, hava limanının sərhəd xidməti tərəfindən təyyarəyə buraxılmayıb. Bu səbəbdən 25 yaşlı portuqaliyalı Niderlandda qalmalı olub.

PSV Dohada yanvarın 12-ə qədər hazırlıq keçəcək. Bruma yeni pasport aldıqdan sonra komandasına qoşulacaq.