PSV tarixinin ən bahalı transferi

Hollandiyanın PSV klubu yeni transferini açıqlayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Erediviziya təmsilçisi Almaniyanın "Leyptsiq" klubundan portuqaliyalı futbolçu Brumanı transfer edib. 24 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün "Leyptsiq"ə 15 milyon avro ödənilib.

Bruma PSV tarixinin ən bahalı transferi olub. Klub 2000-ci ildə serbiyalı hücumçu Mateya Kejmanın transferi üçün "Partizan"a 14 milyon avro ödəmişdi. Kejman PSV-də 122 oyuna 105 qol vurmuşdu.

"Leyptsiq" Portuqaliya millisinin üzvünü 2017-ci ildə 12,5 milyon avroya "Qalatasaray"dan transfer etmişdi.